Surə 20 · Cüz 16

Ta-Ha · 20:40

إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَنْ يَكْفُلُهُ ۖ فَرَجَعْنَاكَ إِلَىٰ أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا ۚ فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَا مُوسَىٰ

40. O zaman bacın gedib ca­maata de­yirdi: “Sizə onun qay­ğı­sına qa­lacaq bi­risini göstə­rim­mi?” Beləliklə, gözü ay­dın ol­sun və qəm ye­məsin deyə, sə­ni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nə­fə­ri öldür­dün. O vaxt Biz səni qəm-qüs­sədən qurtardıq. Biz səni çə­tin sınaqlardan keçirtdik. Sən il­lərlə Məd­yən əhli içində qal­dın. Sonra da müəy­yən olun­muş məqama gəlib çatdın, ey Musa!

Təfsir

O zaman bacın sandığın arxasınca düşüb onun hara getdiyini təqib edirdi. Həhayət sandığ sahilə yetişib, Firon cammatı onu çaydan götürdükdə, bacın onlara belə dedi: "Sizə onun qay­ğı­sına qa­lacaq, onu lazımınca qoruyacaq və əmizdirəcək bi­risini göstə­rim­mi?" Beləliklə, sənin anana qayıtmağından dolayı onun sevinməsi və sənə görə qəm-qüssə çəkməsin deyə, sə­nin yenidən anana qayıtmağı bəxş etdik. Həmçinin, sən boya-başa çatdıqda bir qibtini yumruqla öldürdüyündən sonra sənə bunun cəzasından qurtarmağı bəxş etdik. Biz səni, başına gələn bütün çətinliklərdən, sınaqlardan qurtardıq. Misiri tərk edib il­lərlə Məd­yən əhli içində qal­dın. Sonra da ey Musa! Sənin üçün müəy­yən olun­muş vaxt gəlib çatdıqda, Rəbbinin səninlə danışması üçün vadiyə gəldin.

Oxuyucuda aç - Surəni tam oxu