Surə 20 · Cüz 16

Ta-Ha · 20:39

أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِي وَعَدُوٌّ لَهُ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِنِّي وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِي

39. “Onu bir sandığa qoyub çaya bu­rax ki, çay onu sahilə at­sın və həm Mə­nim düşmə­nim, həm də onun düşməni olan bi­risi onu gö­türsün”. Göz­üm önündə boya-başa çatdı­rılasan deyə, Öz tərə­fim­dən sənə qar­şı qullarım ara­sında məhəbbət oyatdım.

Təfsir

Anasına ilham yolu ilə belə buyurduq: "Onu dünyaya gətirdikdən sonra bir sandığa qoyub Nil çayına bu­rax ki, Nil çayı onu Bizim əmrimizlə sahilə çıxartsın, beləliklə də, həm Mə­nim düşmə­nim, həm də onun düşməni olan bi­risi onu gö­türsün. Bu kimsə, Firondur". Göz­üm önündə və Mənim mühafizəm altında böyüyüb, boya-başa çatıb, tərbiyə alman üçün, Öz tərə­fim­dən sənə qar­şı qullarım ara­sında bir məhəbbət oyatdım və beləliklə də, insanlar səni sevdilər.

Oxuyucuda aç - Surəni tam oxu