Surə 20 · Cüz 16

Ta-Ha · 20:108

يَوْمَئِذٍ يَتَّبِعُونَ الدَّاعِيَ لَا عِوَجَ لَهُ ۖ وَخَشَعَتِ الْأَصْوَاتُ لِلرَّحْمَٰنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا

108. O gün insanlar heç bir yana meyl etmədən carçının ar­xa­sın­ca yeri­yə­cəklər. Mər­hə­mətli Allahın qarşısında səslər kəsilə­cək və sən yalnız pıçıltı eşi­də­cək­sən.

Təfsir

O gün insanlar məhşərə çağıran carçının ar­xa­sın­ca yeri­yə­cəklər. Onun ardınca getməkdən kimsə onları yayındıra bilməyəcəkdir. Rəhmanın qorxusundan bütün səslər kəsilə­cək və o gün sən yalnız onların yavaşca danışıqlarını eşi­də­cək­sən.

Oxuyucuda aç - Surəni tam oxu