Surə 20 · Cüz 16
Ta-Ha · 20:131
وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَىٰ
131. Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin verdiyi ruzi daha xeyirli və daha sürəklidir.
Təfsir
Allahın ayələrini yalan sayan kimsələrin bəzisini imtahan etmək məqsədi ilə onlara dünya həyatının bərbəzəyindən müvəqqəti olaraq əylənmələri üçün verdiyimiz şeylərə gözünü dikmə. Onlara verdiyimiz bu bər-bəzək fani dünya malıdır. Rəbbinin razı olmağın üçün sənə vəd etdiyi mükafat, dünya həyatında müvəqqəti olaraq əylənmələri üçün onlara verilən fani dünya malından daha xeyirli və daha davanmlıdır.