Surə 20 · Cüz 16
Ta-Ha · 20:130
فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ آنَاءِ اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ
130. Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan.
Təfsir
Ey Peyğəmbər! Batil vəsflərlə səni yalanlayanların sözlərinə qarşı səbir et. Günəş doğmamışdan öncə fəcir namazında və günəş batmamışdan əvvəl əsir namazında, gecə saatlarında məğrib və işa namazında, günün ilk yarısının bitdiyi zəval vaxtı zöhür namazında və günün ikinci yarısnın bitdyi məğrib namazında Uca Allah qatında razı qaldığın savaba nail olmaq üçün Onun şəninə həmd-sənalar və təriflər de.