Surə 20 · Cüz 16
Ta-Ha · 20:18
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَىٰ
18. Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarayır”.
Təfsir
Musa - aleyhissəlam - dedi: "Bu mənim əsamdır. Yeriyərkən ona söykənir və onunla qoyunları üçün ağacdan yarpaq silkələyirəm. Ayrıca olaraq, mənim üçün onda söylədiklərimdən başqa faydalar da vardır".