Surə 20 · Cüz 16

Ta-Ha · 20:121

فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ ۚ وَعَصَىٰ آدَمُ رَبَّهُ فَغَوَىٰ

121. İkisi də ondan yedilər və ayıb yerləri özlərinə görün­dü. On­lar üstlə­ri­nə Cənnət ağacla­rı­nın yarpaqların­dan ört­məyə baş­la­dı­lar. Beləliklə, Adəm Rəb­­binə asi olub səhv yol tutdu.

Təfsir

Nəhayət, Adəm və Həvva onlara qadağan edilən ağacın meyvəsindən yedilər və bu zaman öyrət yerləri örtülü ikən birdən-birə açılaraq özlərinə görün­dü. On­lar Cənnət ağacla­rı­nın yarpaqların­dan qoparıb, bu yarpaqlarla övrət yerlərini örtməyə baş­la­dı­lar. Beləliklə də, Adəm, Rəb­­binin ona ağacın meyvəsindən yeməməsi barədə əmrinə asi olaraq uca Allahın əmrinə müxalif oldu və ona icazə verilməyən şeyi edərək səhvə yol verdi.

Oxuyucuda aç - Surəni tam oxu