Surə 20 · Cüz 16

Ta-Ha · 20:86

فَرَجَعَ مُوسَىٰ إِلَىٰ قَوْمِهِ غَضْبَانَ أَسِفًا ۚ قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ۚ أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدْتُمْ أَنْ يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِنْ رَبِّكُمْ فَأَخْلَفْتُمْ مَوْعِدِي

86. Musa qəzəbli, kədərli halda qöv­münün yanına qayı­dıb de­di: “Ey qöv­müm! Mə­gər Rəbbiniz sizə gözəl bir vəd vermə­miş­di­mi? Doğru­danmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbi­niz­dən sizə bir qəzəb gəl­məsini istəyib mənə verdi­yiniz vədə xilaf çıxdınız?”

Təfsir

Musa - aleyhissəlam - qövmünün buzova ibadət etməsindən dolayı qəzəbli və hüzünlü halda onların yanına qayı­dıb de­di: "Ey qöv­müm! Mə­gər Allah sizə Tövratı göndərəcəyi və sizi cənnətə daxil edəcə barədə sizə gözəl bir vəd vermə­miş­di­mi?! Aradan çox uzun zamanmı keçdi ki, siz bunu unutdunuz? Yoxsa bu əməlinizlə Rəbbi­niz­dən sizə bir qəzəb gəl­məsini və əzabın üzərinizdə vaqe olmasını istəyib sizin yanınıza qayıdana kimi Allaha ibadət etməkdə sabitqədən olacağınıza dair mənə verdi­yiniz vədə xilafmı çıxdınız?"

Oxuyucuda aç - Surəni tam oxu