Ar-Rum

سورة الروم

Surə 30 · Məkki · 60 ayə

30:1Cüz 21 · s. 404

الم1

1. Əlif. Ləm. Mim.
30:2Cüz 21 · s. 404

غُلِبَتِ الرُّومُ2

2. Rumlular məğlub edildi­lər;
30:3Cüz 21 · s. 404

فِي أَدْنَى الْأَرْضِ وَهُمْ مِنْ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ3

3. ən aşağı və ya ən yaxın bir yer­də. Lakin onlar öz məğ­lu­biyyət­lə­rin­dən sonra qələbə ça­lacaqlar;
30:4Cüz 21 · s. 404

فِي بِضْعِ سِنِينَ ۗ لِلَّهِ الْأَمْرُ مِنْ قَبْلُ وَمِنْ بَعْدُ ۚ وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ4

4. bir neçə il ərzində. Əv­vəl də, son­ra da hökm Alla­hındır. O gün mömin­lər se­vi­nəcəklər;
30:5Cüz 21 · s. 404

بِنَصْرِ اللَّهِ ۚ يَنْصُرُ مَنْ يَشَاءُ ۖ وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ5

5. Allahın köməyi ilə. O, is­tədiyinə kömək edir. O, Qüd­rətlidir, Rəhm­lidir.
30:6Cüz 21 · s. 405

وَعْدَ اللَّهِ ۖ لَا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ6

6. Budur Allahın vədi. Allah Öz və­di­nə xilaf çıxmaz. Amma in­san­ların ək­səriyyəti bunu bil­mir.
30:7Cüz 21 · s. 405

يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ7

7. Onlar dünya həyatının gö­rünən tə­rəfini bilir, axirətdən isə büs­bütün qa­fil­dirlər.
30:8Cüz 21 · s. 405

أَوَلَمْ يَتَفَكَّرُوا فِي أَنْفُسِهِمْ ۗ مَا خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُسَمًّى ۗ وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ بِلِقَاءِ رَبِّهِمْ لَكَافِرُونَ8

8. Məgər onlar özlüyündə fi­kirləş­mirlər ki, Allah göyləri, yeri və onların arasındakıları an­caq bir gerçəklik kimi və mü­əy­yən müd­dətə qədər yarat­mış­dır? Lakin, insanların çoxu Rəbbi ilə qar­şı­­la­şacağını inkar edir.
30:9Cüz 21 · s. 405

أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا الْأَرْضَ وَعَمَرُوهَا أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ9

9. Məgər onlar yer üzündə gəzib do­laşaraq özlərindən ön­cə­ki­lə­rin aqibətini görmədi­lər­mi? Onlar bunlardan da güc­­lü idilər. On­lar torpağı şumla­yır, yer üzü­nü bunlardan daha çox abad­laş­dı­rır­dılar. Elçiləri onla­ra açıq-aydın mö­cüzələr gəti­rir­di­lər. Onlara Allaha zülm et­mir­di. Onlar özləri özlərinə zülm edir­dilər.
30:10Cüz 21 · s. 405

ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوأَىٰ أَنْ كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُونَ10

10. Sonra isə Allahın ayələ­rini yalan sayıb onlara lağlağı et­mək­lə pislik gös­tərənlərin nə­sibi lap yaman oldu.
30:11Cüz 21 · s. 405

اللَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ11

11. Allah məxluqatı əvvəlcə heçdən ya­radır, öldürdükdən son­ra onu yenidən dirildir. Bun­dan sonra isə siz Ona qay­ta­rı­la­caq­sınız.
30:12Cüz 21 · s. 405

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُبْلِسُ الْمُجْرِمُونَ12

12. O Saatın (Qiyamətin) gələcəyi gün günah­kar­lar ümidlərini itirə­cəklər.
30:13Cüz 21 · s. 405

وَلَمْ يَكُنْ لَهُمْ مِنْ شُرَكَائِهِمْ شُفَعَاءُ وَكَانُوا بِشُرَكَائِهِمْ كَافِرِينَ13

13. Allaha qoşduqları şərik­lə­rindən on­lar üçün şəfaətçilər ol­ma­ya­­caq. Allaha qoşduqları şərik­lə­r onları in­kar edəcəklər.
30:14Cüz 21 · s. 405

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ14

14. Məhz o Saatın (Qiyamətin) gələcəyi gün mö­minlərlə kafirlər ayrıla­caqlar.
30:15Cüz 21 · s. 405

فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَهُمْ فِي رَوْضَةٍ يُحْبَرُونَ15

15. İman gətirib yaxşı işlər görən­lə­rə gəlincə isə, onlar Cən­nət bağ­ça­la­rın­da şadlıq içində olacaqlar.
30:16Cüz 21 · s. 406

وَأَمَّا الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا وَلِقَاءِ الْآخِرَةِ فَأُولَٰئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ16

16. Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını yalan sa­yan­lar isə əzaba giriftar edi­lə­cəklər.
30:17Cüz 21 · s. 406

فَسُبْحَانَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ17

17. Odur ki, siz axşama yetişəndə və səhərə çıxanda Alla­hın şə­ni­nə çoxlu tə­rif söy­ləyin.
30:18Cüz 21 · s. 406

وَلَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ18

18. Göylərdə və yerdə həmd Ona məx­susdur. Axşam çağın­da da, günor­ta­ya yetişəndə də Onun şəninə təriflər deyin!
30:19Cüz 21 · s. 406

يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَيُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ19

19. O, ölüdən diri, diridən də ölü çı­xardır; yeri ölümün­dən son­ra dirildir. Siz də qə­bir­ləri­nizdən belə dirildilib çı­xar­dıla­caqsınız.
30:20Cüz 21 · s. 406

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَكُمْ مِنْ تُرَابٍ ثُمَّ إِذَا أَنْتُمْ بَشَرٌ تَنْتَشِرُونَ20

20. Allahın sizi torpaqdan xəlq et­mə­si, Onun dəlillərin­dəndir. Son­ra da siz bir insan kimi yer üzünə yayıldınız.
30:21Cüz 21 · s. 406

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ21

21. Ünsiyyətdə rahatlıq ta­pasınız de­yə, sizin üçün özü­nüzdən zöv­cələr ya­ratması, ara­nıza məhəbbət və mərhə­mət salması da Onun dəlillə­rin­dən­dir. Həqiqətən, bunda düşü­nən­lər üçün ib­rə­ta­miz dəlillər vardır.
30:22Cüz 21 · s. 406

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْعَالِمِينَ22

22. Göylərin və yerin yara­dılışı, dil­lə­rinizin və rəngləri­nizin müx­tə­lifliyi də Onun də­lillərindəndir. Həqiqətən, bun­da bilənlər üçün ibrətamiz də­lillər vardır!
30:23Cüz 21 · s. 406

وَمِنْ آيَاتِهِ مَنَامُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ وَابْتِغَاؤُكُمْ مِنْ فَضْلِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَسْمَعُونَ23

23. Gecə və gündüz yatıb din­cəlmə­yiniz, Onun lütfünü ax­tar­ma­ğınız da Onun dəlil­lərindəndir. Həqiqətən, bun­da eşidən kəs­lər üçün ibrətamiz dəlillər var­dır.
30:24Cüz 21 · s. 406

وَمِنْ آيَاتِهِ يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مَاءً فَيُحْيِي بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ24

24. Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə gös­tər­mə­si, göydən su endirib ye­ri ölümündən sonra onun­la di­rilt­məsi də Onun dəlillərin­dən­dir. Həqiqətən, bunda başa dü­şən adamlar üçün ibrətamiz də­lillər vardır.
30:25Cüz 21 · s. 407

وَمِنْ آيَاتِهِ أَنْ تَقُومَ السَّمَاءُ وَالْأَرْضُ بِأَمْرِهِ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِنَ الْأَرْضِ إِذَا أَنْتُمْ تَخْرُجُونَ25

25. Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qal­ması da Onun dəlil­lə­rindən­dir. Sonra da sizi bir dəfə çağı­ran kimi dər­hal qəbirləriniz­dən qal­xıb çıxacaq­sınız.
30:26Cüz 21 · s. 407

وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ كُلٌّ لَهُ قَانِتُونَ26

26. Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona tə­zim edir.
30:27Cüz 21 · s. 407

وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ الْمَثَلُ الْأَعْلَىٰ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ27

27. Məxluqatı ilk dəfə yox­dan yara­dan, sonra onu bir daha tək­rar­layan Odur. Bu da Onun üçün çox asandır. Göy­lərdə və yer­də olan ən uca si­fətlər Ona məx­sus­dur. O, Qüd­rətlidir, Hikmət sahibidir.
30:28Cüz 21 · s. 407

ضَرَبَ لَكُمْ مَثَلًا مِنْ أَنْفُسِكُمْ ۖ هَلْ لَكُمْ مِنْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ مِنْ شُرَكَاءَ فِي مَا رَزَقْنَاكُمْ فَأَنْتُمْ فِيهِ سَوَاءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنْفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ28

28. O sizə özünüzdən bir məsəl çək­di; sahib olduğunuz kölələr içə­ri­sində sizə verdiyi­miz nemətlərdə sizinlə bə­ra­bər eyni hüquqa ma­lik olan, özü­nüz­dən çəkindiyiniz kimi, on­lardan da çə­kin­di­yi­niz şərik­lə­riniz varmı? Biz ayə­ləri düşü­nüb daşınan insanlar üçün be­­lə müfəs­səl izah edirik.
30:29Cüz 21 · s. 407

بَلِ اتَّبَعَ الَّذِينَ ظَلَمُوا أَهْوَاءَهُمْ بِغَيْرِ عِلْمٍ ۖ فَمَنْ يَهْدِي مَنْ أَضَلَّ اللَّهُ ۖ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ29

29. Lakin zülm edənlər heç bir elmə əsaslanmadan nəfs­lə­ri­nin istək­lə­rinə uy­dular. Alla­hın zəlalətə sal­dıqla­rı­nı kim doğru yo­la yönəldə bilər? On­la­ra yardım edənlər də olmaz.
30:30Cüz 21 · s. 407

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ30

30. Sən bir hənif kimi üzü­nü dinə tə­rəf çe­vir! Allahın in­san­lara – xəlq etdiyi şüurlu məx­luq kimi verdiyi fitrət bu­dur. Allahın ya­rat­dığını heç cür də­yişdir­mək olmaz. Doğru din bu­dur, lakin in­san­la­rın çoxu bu­nu bilmir.
30:31Cüz 21 · s. 407

۞ مُنِيبِينَ إِلَيْهِ وَاتَّقُوهُ وَأَقِيمُوا الصَّلَاةَ وَلَا تَكُونُوا مِنَ الْمُشْرِكِينَ31

31. Tövbə edərək Ona üz tu­tun, On­dan qorxun, namaz qı­lın və şə­rik qo­şanlardan ol­ma­yın!
30:32Cüz 21 · s. 407

مِنَ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ32

32. O kəslərdən ki, öz dini­ni bölüb firqələrə ayrıldılar. Hər firqə öz təri­qə­tini üstün bilib se­vinir.
30:33Cüz 21 · s. 408

وَإِذَا مَسَّ النَّاسَ ضُرٌّ دَعَوْا رَبَّهُمْ مُنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَا أَذَاقَهُمْ مِنْهُ رَحْمَةً إِذَا فَرِيقٌ مِنْهُمْ بِرَبِّهِمْ يُشْرِكُونَ33

33. İnsanların başına bir bə­la gəldiyi zaman Rəbbinə üz tu­tub Ona yalvarır­lar. Sonra O, Özündən onlara bir mər­hə­mət daddıran ki­mi, onlardan bir dəs­tə Rəbbinə şərik qoşur.
30:34Cüz 21 · s. 408

لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ ۚ فَتَمَتَّعُوا فَسَوْفَ تَعْلَمُونَ34

34. Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nan­kor­luq etsin­lər. Hələlik əy­lənin! Tezliklə biləcək­si­niz.
30:35Cüz 21 · s. 408

أَمْ أَنْزَلْنَا عَلَيْهِمْ سُلْطَانًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا بِهِ يُشْرِكُونَ35

35. Məgər Biz onlara müş­rik olma­la­rını söyləyən bir dəlil gön­dər­mişik?
30:36Cüz 21 · s. 408

وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ36

36. İnsanlara mərhəmət gös­tərdikdə ona sevinərlər. Öz əl­ləri ilə et­dikləri günahlara gö­rə onlara bir bəla üz ver­dikdə isə dərhal ümid­lərini üzərlər.
30:37Cüz 21 · s. 408

أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ37

37. Məgər onlar görmürlər­mi ki, Allah istədiyinin ruzi­si­ni bol edir, istə­di­yi­nin­kini də azal­dır? Həqiqətən, bunda iman gətirən adam­lar üçün ibrətlər var­dır.
30:38Cüz 21 · s. 408

فَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌ لِلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ38

38. Qohum-əqrəbaya, yox­su­la və mü­safirə onlara çata­caq haq­qı­nı ver! Alla­hın Üzü­nü dilə­yənlər (ixlaslı olanlar) üçün bu daha xe­yir­li­dir. Uğur qa­zananlar da məhz onlar­dır.
30:39Cüz 21 · s. 408

وَمَا آتَيْتُمْ مِنْ رِبًا لِيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِنْدَ اللَّهِ ۖ وَمَا آتَيْتُمْ مِنْ زَكَاةٍ تُرِيدُونَ وَجْهَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الْمُضْعِفُونَ39

39. İnsanların var-dövləti sa­yəsində, artırmaq məqsədilə sə­ləm­lə ver­diyiniz mal Allah ya­nında artmaz. Allahın Üzü­­nü diləyərək (ixlasla) ver­diyi­niz zəkata gə­lincə, bilin ki, bunu edənlər mal­larının bərə­kə­ti­ni qat-qat artı­ran­lardır.
30:40Cüz 21 · s. 408

اللَّهُ الَّذِي خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۖ هَلْ مِنْ شُرَكَائِكُمْ مَنْ يَفْعَلُ مِنْ ذَٰلِكُمْ مِنْ شَيْءٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ40

40. Sizi yaradan, sonra sizə ruzi ve­rən, sonra sizi öldürən, son­ra da sizi di­rildəcək məhz Allahdır. Şərikləriniz içə­ri­sin­də bun­lar­dan, heç olmasa, birini edə bilən varmı? O, pak­dır və müşrik­lə­rin Ona şərik qoş­duq­la­rın­dan ucadır.
30:41Cüz 21 · s. 408

ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ41

41. İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar.
30:42Cüz 21 · s. 409

قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلُ ۚ كَانَ أَكْثَرُهُمْ مُشْرِكِينَ42

42. De: “Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ların çoxu Allaha şərik qoşan­lar idi”.
30:43Cüz 21 · s. 409

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ الْقَيِّمِ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا مَرَدَّ لَهُ مِنَ اللَّهِ ۖ يَوْمَئِذٍ يَصَّدَّعُونَ43

43. Qarşısıalınmaz gün Allah tərə­fin­dən göndərilməmişdən əv­vəl üzünü gerçək dinə tərəf tut! O gün onlar iki dəstəyə bö­lü­nə­cək­lər.
30:44Cüz 21 · s. 409

مَنْ كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَمَنْ عَمِلَ صَالِحًا فَلِأَنْفُسِهِمْ يَمْهَدُونَ44

44. Kim küfr edərsə, küfrü öz əley­hi­nə olar. Yaxşı iş gö­rənlər isə öz­ləri üçün Cənnətdə yer hazırlamış olarlar.
30:45Cüz 21 · s. 409

لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْ فَضْلِهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الْكَافِرِينَ45

45. Bu ona görədir ki, Allah iman gəti­rib yaxşı işlər görən­lərə Öz lüt­fündən mükafat ver­sin. Şübhəsiz ki, O, ka­fir­lə­ri sev­mir.
30:46Cüz 21 · s. 409

وَمِنْ آيَاتِهِ أَنْ يُرْسِلَ الرِّيَاحَ مُبَشِّرَاتٍ وَلِيُذِيقَكُمْ مِنْ رَحْمَتِهِ وَلِتَجْرِيَ الْفُلْكُ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ46

46. Sizə Öz mərhəmətindən daddır­sın, əmri ilə gəmilər üz­sün, Onun lüt­fünü arayasınız və sizə verdiyi nemətlərə şükür edəsiniz de­yə küləkləri müj­dəçi göndərməsi də Onun də­lillərindəndir.
30:47Cüz 21 · s. 409

وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُمْ بِالْبَيِّنَاتِ فَانْتَقَمْنَا مِنَ الَّذِينَ أَجْرَمُوا ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ47

47. Biz səndən əvvəl də on­ların qöv­münə elçilər göndər­mişdik. El­çi­lər on­lara açıq-ay­dın dəlillər gətirmişdilər. Biz günahkarlardan in­ti­qam aldıq. Mö­min­lərə yardım etmək Bi­zim borcumuz idi.
30:48Cüz 21 · s. 409

اللَّهُ الَّذِي يُرْسِلُ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَيَبْسُطُهُ فِي السَّمَاءِ كَيْفَ يَشَاءُ وَيَجْعَلُهُ كِسَفًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ ۖ فَإِذَا أَصَابَ بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ48

48. Buludları qaldıran kü­lək­ləri Allah­dır göndərən. Allah sə­ma­da onları is­tə­diyi kimi ya­yıb topa-topa edir. Sən on­lar­dan yağış tö­kül­düyünü gö­rür­sən. Allah onu qullarından istə­diyi kim­sə­lə­rə en­di­rən kimi on­lar sevinirlər.
30:49Cüz 21 · s. 409

وَإِنْ كَانُوا مِنْ قَبْلِ أَنْ يُنَزَّلَ عَلَيْهِمْ مِنْ قَبْلِهِ لَمُبْلِسِينَ49

49. Halbuki o yağış onların üzərinə yağdırılmazdan əvvəl ümid­siz idilər.
30:50Cüz 21 · s. 409

فَانْظُرْ إِلَىٰ آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ ذَٰلِكَ لَمُحْيِي الْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ50

50. Sən Allahın mərhəməti­nin izləri­nə bax ki, yeri öldük­dən son­ra necə di­rildir. Şüb­hə­siz ki, O, ölüləri də mütləq di­ril­dəcək. O, hər şeyə qa­dir­dir.
30:51Cüz 21 · s. 410

وَلَئِنْ أَرْسَلْنَا رِيحًا فَرَأَوْهُ مُصْفَرًّا لَظَلُّوا مِنْ بَعْدِهِ يَكْفُرُونَ51

51. Əgər Biz bir külək gön­dərsək və onlar əkini saralmış gör­sə­lər, bundan sonra mütləq nankorluq etməyə başla­yarlar.
30:52Cüz 21 · s. 410

فَإِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ52

52. Şübhəsiz ki, sən nə ölü­lə­rə haqqı, nə də üz çevirib ge­dən kar­lara çağırışı eşitdirə bil­məz­sən.
30:53Cüz 21 · s. 410

وَمَا أَنْتَ بِهَادِ الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ ۖ إِنْ تُسْمِعُ إِلَّا مَنْ يُؤْمِنُ بِآيَاتِنَا فَهُمْ مُسْلِمُونَ53

53. Sən korları da düşdük­ləri zəla­lət­dən çıxarıb düz yola sala bil­­məzsən. Sən haqqı yal­nız və yalnız müsəlman olub ayə­lərimizə iman gətirənlərə eşit­dirə bilərsən.
30:54Cüz 21 · s. 410

۞ اللَّهُ الَّذِي خَلَقَكُمْ مِنْ ضَعْفٍ ثُمَّ جَعَلَ مِنْ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنْ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً ۚ يَخْلُقُ مَا يَشَاءُ ۖ وَهُوَ الْعَلِيمُ الْقَدِيرُ54

54. Sizi zəif bir şeydən ya­radan, zəif­likdən sonra sizə qüv­vət ve­­rən, qüv­vətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istə­diyini ya­radır. O, Biləndir, Qadirdir.
30:55Cüz 21 · s. 410

وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُقْسِمُ الْمُجْرِمُونَ مَا لَبِثُوا غَيْرَ سَاعَةٍ ۚ كَذَٰلِكَ كَانُوا يُؤْفَكُونَ55

55. O Saatın (Qiyamətin) gəldiyi gün gü­nahkar­lar dünyada bircə saat qal­dıq­la­rı­na and içəcəklər. On­lar dünyada da haqdan belə üz dön­də­rir­di­lər.
30:56Cüz 21 · s. 410

وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَالْإِيمَانَ لَقَدْ لَبِثْتُمْ فِي كِتَابِ اللَّهِ إِلَىٰ يَوْمِ الْبَعْثِ ۖ فَهَٰذَا يَوْمُ الْبَعْثِ وَلَٰكِنَّكُمْ كُنْتُمْ لَا تَعْلَمُونَ56

56. Bilik və iman nəsib edil­miş kim­sələr isə deyəcəklər: “Siz ora­da Allahın yazısı ilə di­rilmə gününə qədər qal­dı­nız. Bu gün, məhz dirilmə günü­dür, la­kin siz bunu bilmir­di­niz”.
30:57Cüz 21 · s. 410

فَيَوْمَئِذٍ لَا يَنْفَعُ الَّذِينَ ظَلَمُوا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ57

57. Həmin gün zalımlara bə­hanələri fayda verməyəcək və on­lar­dan töv­bə et­mələri tələb olunmayacaq.
30:58Cüz 21 · s. 410

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَٰذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ ۚ وَلَئِنْ جِئْتَهُمْ بِآيَةٍ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ أَنْتُمْ إِلَّا مُبْطِلُونَ58

58. Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onla­ra bir möcüzə gə­tirsən, kafir olanlar müt­ləq: “Siz an­caq yalan uyduranlar­sı­nız!”– deyəcəklər.
30:59Cüz 21 · s. 410

كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ قُلُوبِ الَّذِينَ لَا يَعْلَمُونَ59

59. Allah haqqı bilməyən­lə­rin qəlbini belə möhürlə­yir.
30:60Cüz 21 · s. 410

فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ وَلَا يَسْتَخِفَّنَّكَ الَّذِينَ لَا يُوقِنُونَ60

60. Sən səbirli ol! Həqiqə­tən də, Alla­hın vədi haqdır. Qoy axi­rə­tə yəqin­lik­lə inanma­yan­lar səni qeyri-ciddi olma­ğa – din­dən dön­mə­yə sövq etmə­sinlər.

Surənin əvvəlindən oxut