Surə 30 · Cüz 21
Ar-Rum · 30:18
وَلَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ
18. Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də Onun şəninə təriflər deyin!
Təfsir
Həmd-səna yalnız pak və müqəddəs Allaha məxsusdur. Göydə mələklər, yerdə də məxluqatı Onun şəninə təriflər deyir. Siz də axşam çağında - əsr namazının vaxtında və günortaya yetişəndə - zöhr namazının vaxtında Onun şəninə təriflər deyin!