Surə 30 · Cüz 21
Ar-Rum · 30:17
فَسُبْحَانَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ
17. Odur ki, siz axşama yetişəndə və səhərə çıxanda Allahın şəninə çoxlu tərif söyləyin.
Təfsir
Odur ki, siz axşama yetişəndə - yəni məğrib və işa namazlarının vaxtında Allahın şəninə çoxlu tərif söyləyin; habelə, səhərə çıxanda - yəni sübh namazının vaxtında da Onun şəninə çoxlu tərif söyləyin.