Surə 30 · Cüz 21

Ar-Rum · 30:19

يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَيُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ

19. O, ölüdən diri, diridən də ölü çı­xardır; yeri ölümün­dən son­ra dirildir. Siz də qə­bir­ləri­nizdən belə dirildilib çı­xar­dıla­caqsınız.

Təfsir

O, ölüdən diri çıxardır. Necə ki, insanı nütfədən əmələ gətirir, cücəni yumurtadan çıxardır. Diridən də ölü çı­xardır. Necə ki, insandan nütfə çıxardır, toyuqdan da yumurta. Həmçinin, yağış endirərək qurumuş torpağı canlandırır və orada bitkilər yetişdirir. Yer bitkilərlə canlandığı kimi, siz də, haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün qə­bir­ləri­nizdən çı­xar­dıla­caqsınız.

Oxuyucuda aç - Surəni tam oxu