Surə 30 · Cüz 21

Ar-Rum · 30:47

وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُمْ بِالْبَيِّنَاتِ فَانْتَقَمْنَا مِنَ الَّذِينَ أَجْرَمُوا ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ

47. Biz səndən əvvəl də on­ların qöv­münə elçilər göndər­mişdik. El­çi­lər on­lara açıq-ay­dın dəlillər gətirmişdilər. Biz günahkarlardan in­ti­qam aldıq. Mö­min­lərə yardım etmək Bi­zim borcumuz idi.

Təfsir

Ey Peyğəmbər! Biz səndən əvvəl də on­ların ümmtələrinə elçilər göndərmişdik. El­çi­lər on­lara özlərinin doğru danışdıqlarını təsdiqləyən açıq-ay­dın dəlillər gətirmişdilər. Lakin onlar elçilərin təbliğ etdiklərini yalan saydılar. Biz günah işlər görənlərdən in­ti­qam aldıq və onları əzabımızla məhv etdik. Elçiləri və möminləri isə əzabdan xilas etdik. Mö­min­lərə yardım etmək və qələbə qazandırmaq Bi­zim borcumuz idi.

Oxuyucuda aç - Surəni tam oxu