Surə 30 · Cüz 21

Ar-Rum · 30:46

وَمِنْ آيَاتِهِ أَنْ يُرْسِلَ الرِّيَاحَ مُبَشِّرَاتٍ وَلِيُذِيقَكُمْ مِنْ رَحْمَتِهِ وَلِتَجْرِيَ الْفُلْكُ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

46. Sizə Öz mərhəmətindən daddır­sın, əmri ilə gəmilər üz­sün, Onun lüt­fünü arayasınız və sizə verdiyi nemətlərə şükür edəsiniz de­yə küləkləri müj­dəçi göndərməsi də Onun də­lillərindəndir.

Təfsir

Sizə, - ey insanlar - yağışı nazil etdikdən sonra məhsuldarlıq və bolluq nəsib etmək üçün Öz mərhəmətindən daddır­sın, əmri ilə gəmilər dənizdə üzsün, dəniz vasitəsilə ticarət edib Onun lüt­fünü arayasınız və Allahın sizə verdiyi nemətlərə şükür edəsiniz və O da sizə olan nemətlərini artırsın de­yə, insanları yağışın nazil olacağı ilə müjdələmək üçün küləkləri göndərməsi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir.

Oxuyucuda aç - Surəni tam oxu