Surə 30 · Cüz 21

Ar-Rum · 30:45

لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْ فَضْلِهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الْكَافِرِينَ

45. Bu ona görədir ki, Allah iman gəti­rib yaxşı işlər görən­lərə Öz lüt­fündən mükafat ver­sin. Şübhəsiz ki, O, ka­fir­lə­ri sev­mir.

Təfsir

Bu ona görədir ki, Allah, Ona iman gətirib Rəbbini razı salacaq saleh əməllər edənlərin mükafatını versin. Şübhəsiz ki, pak və müqəddəs Allah, Onu və Onun elçilərini inkar edən kafirləri sevməz, əksinə, onlara olduqca çox nifrət edər, üstəlik, Qiyamət günü onlara əzab verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu