Surə 30 · Cüz 21
Ar-Rum · 30:38
فَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌ لِلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
38. Qohum-əqrəbaya, yoxsula və müsafirə onlara çatacaq haqqını ver! Allahın Üzünü diləyənlər (ixlaslı olanlar) üçün bu daha xeyirlidir. Uğur qazananlar da məhz onlardır.
Təfsir
Ey müsəlman, qohum-əqrəbaya yaxşılıq etməklə və onlarla əlaqə saxlamaqla, habelə, yoxsulun ehtiyacını ödəməklə, yolda qalmış müsafirin də yurduna gedib çıxmasına yardım etməklə onlara çatacaq haqqı ver! Bu haqları ödəmək, Allahın Üzünü diləyənlər (ixlaslı olanlar) üçün daha xeyirlidir. Bu yaxşılıqları edən və haqları ödəyən kimsələr - məhz onlar istədikləri Cənnətə nail olub, qorxduqları əzabdan xilas olaraq uğur qazananlardır.