Surə 30 · Cüz 21

Ar-Rum · 30:39

وَمَا آتَيْتُمْ مِنْ رِبًا لِيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِنْدَ اللَّهِ ۖ وَمَا آتَيْتُمْ مِنْ زَكَاةٍ تُرِيدُونَ وَجْهَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الْمُضْعِفُونَ

39. İnsanların var-dövləti sa­yəsində, artırmaq məqsədilə sə­ləm­lə ver­diyiniz mal Allah ya­nında artmaz. Allahın Üzü­­nü diləyərək (ixlasla) ver­diyi­niz zəkata gə­lincə, bilin ki, bunu edənlər mal­larının bərə­kə­ti­ni qat-qat artı­ran­lardır.

Təfsir

İnsanlardan bir kimsəyə borc verib, sonra da faizlə geri aldığınız malın Allah ya­nında savabı olmaz. Nə bir məqam xatirinə, nə də əvəz güdərək yox, sırf Allahın Üzü­­nü diləyərək (ixlasla), ehtiyacı olan kimsələrə ver­diyi­niz mal-dövlətə gə­lincə, bilin ki, bunu edənlərin savabı Allah yanında qat-qat artırılar.

Oxuyucuda aç - Surəni tam oxu