Surə 30 · Cüz 21
Ar-Rum · 30:40
اللَّهُ الَّذِي خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۖ هَلْ مِنْ شُرَكَائِكُمْ مَنْ يَفْعَلُ مِنْ ذَٰلِكُمْ مِنْ شَيْءٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
40. Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, heç olmasa, birini edə bilən varmı? O, pakdır və müşriklərin Ona şərik qoşduqlarından ucadır.
Təfsir
Sizi xəlq edən, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi məhşərə toplamaq üçün dirildəcək məhz Allahdır. Allahdan savayı ibadət etdiyiniz bütlər arasında bunlardan birini edə bilən varmı?! Allah pakdır, müqəddəsdir və müşriklərin söylədiklərindən və etiqad etdiklərindən uzaqdır.