Surə 30 · Cüz 21
Ar-Rum · 30:41
ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ
41. İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar.
Təfsir
İnsanların öz əlləri ilə etdiyi günahların nəticəsi olaraq həm quruda, həm də dənizdə, quraqlıq, yağışların az yağması, xəstəliklərin və virusların artıb çoxalması kimi fəsadlar baş verir. Allah onlara bu bəlaları göndərir ki, etdikləri bəzi pis əməllərin cəzasını bu dünyada daddırsın ki, bəlkə, onlar tövbə edib Ona qayıdalar.