Surə 30 · Cüz 21

Ar-Rum · 30:37

أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ

37. Məgər onlar görmürlər­mi ki, Allah istədiyinin ruzi­si­ni bol edir, istə­di­yi­nin­kini də azal­dır? Həqiqətən, bunda iman gətirən adam­lar üçün ibrətlər var­dır.

Təfsir

Məgər onlar görmürlər ki, Allah Öz qullarından istədiyini imthana çəkmək - onun şükür edəcəyini, yoxsa küfr edəcəyini üzə çıxartmaq üçün ruzisini bol edir, istədiyini də sınağa çəkmək - onun səbir edəcəyini, yoxsa qəzəblənəcəyini üzə çıxartmaq üçün ruzisini azaldır?! Həqiqətən, bəzilərinin ruzusinin artmasında, bəzilərininkinin də azalmasında möminlər üçün Allahın lütfünə və mərhəmətinə dəlalət edən dəlillər vardır.

Oxuyucuda aç - Surəni tam oxu