Surə 30 · Cüz 21
Ar-Rum · 30:36
وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ
36. İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər.
Təfsir
Biz insanlara sağlamlıq, var-dövlət və başqa bu kimi nemətlərimizdən daddırdıqda onunla qürrələnir və təkəbbürlük edirlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara özlərini məyus edəcək xəstəlik və kasıblıq üz vedikdə isə dərhal ümidlərini Allahın rəhmətindən üzür və düçar olduqları bəladan dolayı naümid qalırlar.