Surə 30 · Cüz 21

Ar-Rum · 30:24

وَمِنْ آيَاتِهِ يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مَاءً فَيُحْيِي بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ

24. Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə gös­tər­mə­si, göydən su endirib ye­ri ölümündən sonra onun­la di­rilt­məsi də Onun dəlillərin­dən­dir. Həqiqətən, bunda başa dü­şən adamlar üçün ibrətamiz də­lillər vardır.

Təfsir

Həm ölüm qorxusu, həm də yağışın yağacağına ümid vermək üçün ildırımı sizə gös­tər­mə­si, göydən yağış endirib qurumuş ye­ri canlandırması və orada bitkilər yetişdirməsi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həqiqətən də, bu deyilənlərdə başa dü­şən bir toplum üçün açıq-aydın də­lillər vardır. Onlar, öldükdən sonra haqq-hesaba çəkilməyin və əməllərin əvəzini almağın haqq olmasına bu dəlillərə əsaslanırlar.

Oxuyucuda aç - Surəni tam oxu