Surə 30 · Cüz 21
Ar-Rum · 30:23
وَمِنْ آيَاتِهِ مَنَامُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ وَابْتِغَاؤُكُمْ مِنْ فَضْلِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَسْمَعُونَ
23. Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən kəslər üçün ibrətamiz dəlillər vardır.
Təfsir
Gecələr və gündüzlər yorğunluğunu aradan qaldırmaq üçün yatıb dincəlməyiniz də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həmçinin, gündüzü Rəbbinizin verdiyi ruzini axtarmağınız üçün yaratması da Onun dəlillərindəndir. Həqiqətən, bu deyilənlərdə (haqqı) eşidən və eşitdiyini düşünüb qəbul edən kimsələr üçün açıq-aydıın dəlillər vardır.