Surə 30 · Cüz 21

Ar-Rum · 30:50

فَانْظُرْ إِلَىٰ آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ ذَٰلِكَ لَمُحْيِي الْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

50. Sən Allahın mərhəməti­nin izləri­nə bax ki, yeri öldük­dən son­ra necə di­rildir. Şüb­hə­siz ki, O, ölüləri də mütləq di­ril­dəcək. O, hər şeyə qa­dir­dir.

Təfsir

Ey Peyğəmbər! Sən Allahın Öz qullarına rəhmət olaraq nazil etdiyi yağışın izlərinə bax, Allah qurumuş və ölü torpağın üzərində növbənöv bitkilər yetişdirməklə onu necə di­rildir. Şüb­hə­siz ki, ölü torpağı canlandıran O Allah, ölüləri də mütləq di­ril­dəcəkdir. O, hər şeyə qa­dir­dir və heç bir şey Onu aciz edə bilməz.

Oxuyucuda aç - Surəni tam oxu