Surə 30 · Cüz 21
Ar-Rum · 30:52
فَإِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ
52. Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən.
Təfsir
Sən ölülərə heç bir şey eşitdirə bilmədiyin kimi, eləcə də dönüb gedən karlara heç bir şey eşitdirə bilməzsən. Onlar heç nə eşitməsinlər deyə səndən uzaq dururlar. Eləcə də, sən bunlar kimi (haqdan) üz döndərən və fayda almayan kimsələri doğru yola yönəldə bilməzsən.