Surə 30 · Cüz 21

Ar-Rum · 30:28

ضَرَبَ لَكُمْ مَثَلًا مِنْ أَنْفُسِكُمْ ۖ هَلْ لَكُمْ مِنْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ مِنْ شُرَكَاءَ فِي مَا رَزَقْنَاكُمْ فَأَنْتُمْ فِيهِ سَوَاءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنْفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ

28. O sizə özünüzdən bir məsəl çək­di; sahib olduğunuz kölələr içə­ri­sində sizə verdiyi­miz nemətlərdə sizinlə bə­ra­bər eyni hüquqa ma­lik olan, özü­nüz­dən çəkindiyiniz kimi, on­lardan da çə­kin­di­yi­niz şərik­lə­riniz varmı? Biz ayə­ləri düşü­nüb daşınan insanlar üçün be­­lə müfəs­səl izah edirik.

Təfsir

Ey müşriklər! Allah sizə özünüzdən bir məsəl çək­di. Sahib olduğunuz kölələr içə­ri­sində sizə verdiyi­miz nemətlərdə sizinlə bə­ra­bər eyni hüquqa ma­lik olan, malınıza şərik olan, azad şəriklərinizin malınıza şərik olacağınızdan çəkindiyiniz kimi, on­lardan da çəkindiyiniz şərik­lə­riniz varmı? Əlbəttə ki, siz buna razı olmazsınız. Allahın da Öz mülkündə yaratdıqları və qullları arasında əlbəttə ki, heç bir şəriki ola bilməz. Biz bunu və buna bənzər başqa məsəlləri düşü­nüb daşınan kimsələr üçün dəlil göstəririk. Çünki məhz onlar bundan faydalanarlar.

Oxuyucuda aç - Surəni tam oxu