Surə 30 · Cüz 21

Ar-Rum · 30:29

بَلِ اتَّبَعَ الَّذِينَ ظَلَمُوا أَهْوَاءَهُمْ بِغَيْرِ عِلْمٍ ۖ فَمَنْ يَهْدِي مَنْ أَضَلَّ اللَّهُ ۖ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ

29. Lakin zülm edənlər heç bir elmə əsaslanmadan nəfs­lə­ri­nin istək­lə­rinə uy­dular. Alla­hın zəlalətə sal­dıqla­rı­nı kim doğru yo­la yönəldə bilər? On­la­ra yardım edənlər də olmaz.

Təfsir

Onların azğınlığa düşməsinin səbəbi dəlillərin zəif olmasında, yaxud onların lazımi şəkildə bəyan edilməməsində deyil. Bunun səbəbi onların öz nəfsələrinin istəklərinə uyması və Allahın onlar üzərindəki haqqını unudaraq kor-koranə ata-babalarına təqlid etməsidir. Allahın zəlalətə sal­dığı kimsəni kim doğru yo­la yönəldə bilər?! Beləsini heç kəs doğru yola yönəldə bilməz. On­la­rı Allahın əzabından qurtara bilən bir kəs tapılmaz.

Oxuyucuda aç - Surəni tam oxu