Surə 30 · Cüz 21
Ar-Rum · 30:30
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
30. Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir.
Təfsir
Ey Peyğəmbər! Sən və səninlə birlikdə olanlar bütün dinlərdən üz döndərərək üzünüzü Allahın sizi yönəltdiyi dinə tərəf çevirin. Allahın insanların fitrətinə uyğun göndərdiyi İslam dini budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Heç bir əyriliyi olmayan doğru din budur, lakin insanların çoxu bu dinin haqq din olduğunu bilməz.