Surə 30 · Cüz 21
Ar-Rum · 30:27
وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ الْمَثَلُ الْأَعْلَىٰ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
27. Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir.
Təfsir
Pak və müqəddəs Allah məxluqatı yeni biçimdə yoxdan yaradır, onu yox etdikdən sonra onu bir daha yaradır. Yenidən yaratmaq isə yoxdan yaratmaqdan daha asandır. Lakin hər ikisi Allah üçün çox asandır. Çünki O, bir şeyi yaratmaq istədikdə ona sadəcə: "Ol!"- deyir, o da olur. Göylərdə və yerdə olan ən uca və ən kamil sifətlər Ona məxsusdur. O, heç kəsin gücü yetməyəcəyi qədər Qüdrətlidir, yaratmaq və idarə etmək xüsusunda da Hikmət sahibidir.