Surə 30 · Cüz 21

Ar-Rum · 30:9

أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا الْأَرْضَ وَعَمَرُوهَا أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ

9. Məgər onlar yer üzündə gəzib do­laşaraq özlərindən ön­cə­ki­lə­rin aqibətini görmədi­lər­mi? Onlar bunlardan da güc­­lü idilər. On­lar torpağı şumla­yır, yer üzü­nü bunlardan daha çox abad­laş­dı­rır­dılar. Elçiləri onla­ra açıq-aydın mö­cüzələr gəti­rir­di­lər. Onlara Allaha zülm et­mir­di. Onlar özləri özlərinə zülm edir­dilər.

Təfsir

Məgər onlar yer üzündə gəzib do­laşaraq özlərindən əvvəl yaşamış, haqqı yalan sayan ümmətlərin aqibətininin necə olduğunu görmədi­lər­mi?! O ümmətlər bunlardan da güvvətli idilər. On­lar torpağı şumla­yıb əkir, yer üzü­nü bunlardan daha çox abad­laş­dı­rır­dılar. Elçiləri onla­ra Allahın tək ilah olduğunu sübut edən dəlillər və açıq-aydın mö­cüzələr gətirmişdilər. Onlar isə (haqqı) yalan saydılar. Allah onları məhv edərkən onlara zülm etmə­di. Lakin onlar küfr edib özlərini həlaka uğratmaqla özləri özlərinə zülm etmişdilər.

Oxuyucuda aç - Surəni tam oxu