Surə 30 · Cüz 21

Ar-Rum · 30:8

أَوَلَمْ يَتَفَكَّرُوا فِي أَنْفُسِهِمْ ۗ مَا خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُسَمًّى ۗ وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ بِلِقَاءِ رَبِّهِمْ لَكَافِرُونَ

8. Məgər onlar özlüyündə fi­kirləş­mirlər ki, Allah göyləri, yeri və onların arasındakıları an­caq bir gerçəklik kimi və mü­əy­yən müd­dətə qədər yarat­mış­dır? Lakin, insanların çoxu Rəbbi ilə qar­şı­­la­şacağını inkar edir.

Təfsir

Məgər təkzib edən o müşriklər özlüyündə, Allahın bunları necə yaratdığını və onlara necə düzən verdiyini düşünmürlərmi?! Allah göyləri və yeri əbəs yerə deyil, yalnız bir həqiqət olaraq yaratmış və onların dünyada qalması üçün mü­əyyən müddət təyin etmişdir. Lakin, insanların çoxu Qiyamət günü öz Rəbbi ilə qar­şı­­la­şacağını inkar edir. Elə buna görə də, onlar Rəbbinin razı qalacağı saleh əməllər etməklə, diriləcəkləri günə hazırlıq görmürlər.

Oxuyucuda aç - Surəni tam oxu