Surə 30 · Cüz 21

Ar-Rum · 30:21

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

21. Ünsiyyətdə rahatlıq ta­pasınız de­yə, sizin üçün özü­nüzdən zöv­cələr ya­ratması, ara­nıza məhəbbət və mərhə­mət salması da Onun dəlillə­rin­dən­dir. Həqiqətən, bunda düşü­nən­lər üçün ib­rə­ta­miz dəlillər vardır.

Təfsir

Həmçinin, ünsiyyətdə rahatlıq ta­pasınız de­yə - ey kişilər - sizin üçün özü­nüzdən zöv­cələr ya­ratması, ara­nıza məhəbbət və mərhə­mət salması da, Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərindəndir. Həqiqətən, bu deyilənlərdə düşü­nən bir toplum üçün açıq-aydın dəlillər vardır. Belə ki, məhz onlar öz ağıllarından istifadə edirlər.

Oxuyucuda aç - Surəni tam oxu