Surə 30 · Cüz 21
Ar-Rum · 30:55
وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُقْسِمُ الْمُجْرِمُونَ مَا لَبِثُوا غَيْرَ سَاعَةٍ ۚ كَذَٰلِكَ كَانُوا يُؤْفَكُونَ
55. O Saatın (Qiyamətin) gəldiyi gün günahkarlar dünyada bircə saat qaldıqlarına and içəcəklər. Onlar dünyada da haqdan belə üz döndərirdilər.
Təfsir
Qiyamət qopacağı gün günahkarlar qəbirlərində bircə saat qaldıqlarına and içəcəklər. Onlar qəbirlərində nə qədər qaldıqlarından qafil olduqları kimi, dünyada da haqdan belə sapacaqlar.