Surə 30 · Cüz 21
Ar-Rum · 30:54
۞ اللَّهُ الَّذِي خَلَقَكُمْ مِنْ ضَعْفٍ ثُمَّ جَعَلَ مِنْ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنْ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً ۚ يَخْلُقُ مَا يَشَاءُ ۖ وَهُوَ الْعَلِيمُ الْقَدِيرُ
54. Sizi zəif bir şeydən yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir.
Təfsir
Ey insanlar, sizi dəyərsiz sudan yaradan, zəif uşaqlar olduqdan sonra sizi qüvvətli kişilər edən, qüvvətli kişilər olduqdan sonra da, zəif yaşlılıq və qocalıq verən Allahdır. Allah istədiyini zəif istədiyini də qüvvətli yaradır. O, hər şeyi Biləndir, heç bir şey Ondan gizli qalmaz. Habelə, Qadirdir, heç bir şey Onu aciz edə bilməz.