Surə 30 · Cüz 21
Ar-Rum · 30:57
فَيَوْمَئِذٍ لَا يَنْفَعُ الَّذِينَ ظَلَمُوا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ
57. Həmin gün zalımlara bəhanələri fayda verməyəcək və onlardan tövbə etmələri tələb olunmayacaq.
Təfsir
Allah məxluqatı haqq-hesaba çəkmək və əməllərinin əvəzini vermək üçün onlara dirildəcəyi gün, zalımlara üzürxahlıq etmələri fayda verməyəcək və onlardan Allahı razı salmaq üçün tövbə etmələri, Ona üz tutmaları da tələb olunmayacaq. Çünki artıq bunun zamanı keçmiş olacaq.