Surə 30 · Cüz 21
Ar-Rum · 30:11
اللَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ
11. Allah məxluqatı əvvəlcə heçdən yaradır, öldürdükdən sonra onu yenidən dirildir. Bundan sonra isə siz Ona qaytarılacaqsınız.
Təfsir
Allah məxluqatı yeni bir biçimdə yaradar, sonra onu yox edər, sonra da onu əvvəlki halına qaytarar. Bundan sonra isə - Qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün Onun hüzuruna qaytarılacaqsınız.