Sad

سورة ص

Surə 38 · Məkki · 88 ayə

38:1Cüz 23 · s. 453

ص ۚ وَالْقُرْآنِ ذِي الذِّكْرِ1

1. Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!
38:2Cüz 23 · s. 453

بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍ2

2. Kafirlər təkəbbür və ni­faq için­də­dirlər.
38:3Cüz 23 · s. 453

كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنْ قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ3

3. Biz onlardan öncə də ne­çə-neçə nə­silləri məhv etmişik. Onlar yal­varıb im­dad diləyir­di­lər, lakin artıq qurtulma vaxtı keçmişdi.
38:4Cüz 23 · s. 453

وَعَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ ۖ وَقَالَ الْكَافِرُونَ هَٰذَا سَاحِرٌ كَذَّابٌ4

4. Kafirlər öz aralarından onlara xə­bərdarlıq edən bir peyğəmbər gəl­di­yi­nə təəccüb edib dedilər: “Bu, yalançı bir sehr­bazdır!
38:5Cüz 23 · s. 453

أَجَعَلَ الْآلِهَةَ إِلَٰهًا وَاحِدًا ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ عُجَابٌ5

5. O, bütün məbudları bir məbudmu etdi? Həqi­qətən, bu, əcaib bir şeydir”.
38:6Cüz 23 · s. 453

وَانْطَلَقَ الْمَلَأُ مِنْهُمْ أَنِ امْشُوا وَاصْبِرُوا عَلَىٰ آلِهَتِكُمْ ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ يُرَادُ6

6. Onların adlı-sanlı adam­la­rı çıxıb gedərək dedilər: “Gedin öz mə­bud­ları­nız­la səbirlə dav­ranın. Doğrusu, bu siz­dən istə­nilən bir şey­­dir.
38:7Cüz 23 · s. 453

مَا سَمِعْنَا بِهَٰذَا فِي الْمِلَّةِ الْآخِرَةِ إِنْ هَٰذَا إِلَّا اخْتِلَاقٌ7

7. Biz bunu axırıncı dində də eşit­mə­mişik. Bu, uydurma­dan baş­qa bir şey deyil.
38:8Cüz 23 · s. 453

أَأُنْزِلَ عَلَيْهِ الذِّكْرُ مِنْ بَيْنِنَا ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْ ذِكْرِي ۖ بَلْ لَمَّا يَذُوقُوا عَذَابِ8

8. Məgər içimizdən təkcə onamı Zikr (Quran) vəhy edilmişdir?” Xeyr, on­lar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, on­lar Mə­nim əzabımı hə­lə dadma­yıblar.
38:9Cüz 23 · s. 453

أَمْ عِنْدَهُمْ خَزَائِنُ رَحْمَةِ رَبِّكَ الْعَزِيزِ الْوَهَّابِ9

9. Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xə­zinə­lə­ri onlardadır?
38:10Cüz 23 · s. 453

أَمْ لَهُمْ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ10

10. Ya da, göylərin, yerin və onların arasında olanların üzə­rin­də haki­miy­yət onlaramı ve­rilmişdir? Qoy onda istəni­lən yolla göyə qalxsınlar.
38:11Cüz 23 · s. 453

جُنْدٌ مَا هُنَالِكَ مَهْزُومٌ مِنَ الْأَحْزَابِ11

11. Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın edi­lə­cək­.
38:12Cüz 23 · s. 453

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَفِرْعَوْنُ ذُو الْأَوْتَادِ12

12. Onlardan əvvəl Nuh qöv­mü, Ad tayfası və dirəklər sahibi Fi­ron da el­çi­ləri ya­lançı say­mış­dı­lar.
38:13Cüz 23 · s. 453

وَثَمُودُ وَقَوْمُ لُوطٍ وَأَصْحَابُ الْأَيْكَةِ ۚ أُولَٰئِكَ الْأَحْزَابُ13

13. Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bun­lar əlbir dəstələr idi.
38:14Cüz 23 · s. 453

إِنْ كُلٌّ إِلَّا كَذَّبَ الرُّسُلَ فَحَقَّ عِقَابِ14

14. Hər biri elçiləri yalançı hesab et­di və Mənim cəzam da ger­çək­ləşdi.
38:15Cüz 23 · s. 453

وَمَا يَنْظُرُ هَٰؤُلَاءِ إِلَّا صَيْحَةً وَاحِدَةً مَا لَهَا مِنْ فَوَاقٍ15

15. Onlar qar­şısıalın­maz tək­cə bir tük­ürpədici səsi gözlə­yir­lər.
38:16Cüz 23 · s. 453

وَقَالُوا رَبَّنَا عَجِّلْ لَنَا قِطَّنَا قَبْلَ يَوْمِ الْحِسَابِ16

16. Onlar istehza edərək: “Ey Rəbbimiz! Bizim payımızı He­sab­laş­ma günü gəl­məmişdən əvvəl tezliklə ver!”– dedilər.
38:17Cüz 23 · s. 454

اصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الْأَيْدِ ۖ إِنَّهُ أَوَّابٌ17

17. Onların dediklərinə sə­bir et və qüdrətli qulumuz Davu­du ya­dına sal! O, daim Allaha üz tutardı.
38:18Cüz 23 · s. 454

إِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْإِشْرَاقِ18

18. Biz dağları ona ram et­mişdik. On­lar axşam çağı və səhər onun­la birlikdə Allahın şəninə təriflər deyirdilər.
38:19Cüz 23 · s. 454

وَالطَّيْرَ مَحْشُورَةً ۖ كُلٌّ لَهُ أَوَّابٌ19

19. Biz quşları da toplum halda ona ram etmişdik. Ha­mısı daima Alla­ha üz tutardı.
38:20Cüz 23 · s. 454

وَشَدَدْنَا مُلْكَهُ وَآتَيْنَاهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ20

20. Biz onun mülkünü möh­kəm­lən­dirdik, özünə də hik­mət (pey­ğəm­bər­lik) və düzgün qə­rar çıxartmaq qabi­liy­yəti bəxş etdik.
38:21Cüz 23 · s. 454

۞ وَهَلْ أَتَاكَ نَبَأُ الْخَصْمِ إِذْ تَسَوَّرُوا الْمِحْرَابَ21

21. Davudun yanında çəki­şən­lərin xə­bəri sənə gəlib çat­dı­mı? O za­man onlar divarı aşıb mə­bədə girdilər.
38:22Cüz 23 · s. 454

إِذْ دَخَلُوا عَلَىٰ دَاوُودَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍ فَاحْكُمْ بَيْنَنَا بِالْحَقِّ وَلَا تُشْطِطْ وَاهْدِنَا إِلَىٰ سَوَاءِ الصِّرَاطِ22

22. Onlar Davudun yanına daxil ol­duqda Davud onlardan qorx­du. Onlar dedilər: “Qorx­ma! Biz iki iddiaçıyıq. Bi­rimiz di­gə­ri­nin haqqını tap­dalamış­dır. Aramızda ədalətlə hökm ver, haqsızlıq et­mə və bizə düz yolu göstər!
38:23Cüz 23 · s. 454

إِنَّ هَٰذَا أَخِي لَهُ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِيَ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِي فِي الْخِطَابِ23

23. Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mə­nim isə bir­cə qoyunum var­. Bununla belə: “Onu mənə ver!”– de­di və mübahisədə mə­nə üstün gəldi”.
38:24Cüz 23 · s. 454

قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِ ۖ وَإِنَّ كَثِيرًا مِنَ الْخُلَطَاءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَقَلِيلٌ مَا هُمْ ۗ وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا وَأَنَابَ ۩24

24. Davud dedi: “O sənin qo­yununu öz qoyunlarına qat­maq is­tə­­məklə, sənə qarşı haq­sızlıq etmişdir. Həqiqətən, şə­riklərin çoxu bir-birinin haq­qını tap­da­layar. Yalnız iman gətirib yax­şı işlər gö­rən­lərdən başqa. On­lar isə çox azdır­lar!” Bunları de­dikdən sonra, Da­vud Bizim onu sınağa çəkdiyimizi yəqinləş­di­rərək, Rəbbindən özü­­nün ba­ğışlanmasını dilə­di və səcdəyə qapanıb tövbə etdi.
38:25Cüz 23 · s. 454

فَغَفَرْنَا لَهُ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُ عِنْدَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ25

25. Biz bunu ona bağış­la­dıq. Həqi­qə­tən, o Bizə yaxın olan­lar­dan­dır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.
38:26Cüz 23 · s. 454

يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُمْ بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَىٰ فَيُضِلَّكَ عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَنْ سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ26

26. Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə in­san­lar ara­sında ədalətlə hökm ver, nəfsin istəyinə uy­ma, yoxsa o sə­ni Allahın yo­lun­dan az­dırar. Həqiqətən, Allahın yo­lundan azan­la­rı hesablaşma gününü unut­duq­ları üçün şid­dətli bir əzab göz­lə­yir.
38:27Cüz 23 · s. 455

وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا ۚ ذَٰلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا ۚ فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ27

27. Biz göyü, yeri və onların ara­sın­da­kıları nahaq yerə xəlq et­məmişik. Bu, kafirlərin zən­nidir. Vay o kafirlərin Od­dakı halına!
38:28Cüz 23 · s. 455

أَمْ نَجْعَلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَالْمُفْسِدِينَ فِي الْأَرْضِ أَمْ نَجْعَلُ الْمُتَّقِينَ كَالْفُجَّارِ28

28. Biz heç iman gətirib yax­şı işlər gö­rənləri yer üzündə fit­nə-fə­­sad törə­dən­lərə tay tu­ta­rıq­mı? Ya da Allahdan qor­­xanları gü­nah­karlara tay tuta­rıqmı?
38:29Cüz 23 · s. 455

كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ29

29. Bu mübarək Kitabı, in­sanların onun ayələrini düşü­nüb an­la­ma­sı və ağıl sahibləri­nin də ondan ibrət gö­tür­məsi üçün sənə nazil et­dik.
38:30Cüz 23 · s. 455

وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ30

30. Biz Davuda Süleymanı bəxş et­dik. O necə də gözəl qul idi! Da­i­ma Allaha üz tutardı.
38:31Cüz 23 · s. 455

إِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الْجِيَادُ31

31. Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir aya­ğı­nın dır­nağını ye­rə vuran, qaçağan atlar göstərildi.
38:32Cüz 23 · s. 455

فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَنْ ذِكْرِ رَبِّي حَتَّىٰ تَوَارَتْ بِالْحِجَابِ32

32. Süleyman dedi: “Mən, gü­nəş üfüq­də batanadək ne­mətə olan mə­həb­bəti Rəbbimi zikr etməkdən üstün tutdum – at­lar məni əsr na­mazından ya­yındır­dı”.
38:33Cüz 23 · s. 455

رُدُّوهَا عَلَيَّ ۖ فَطَفِقَ مَسْحًا بِالسُّوقِ وَالْأَعْنَاقِ33

33. Süleyman: “Onları yanı­ma qay­ta­rın!”– dedi. O, atların qıç­la­rı­nı və bo­yunlarını vur­ma­ğa başladı.
38:34Cüz 23 · s. 455

وَلَقَدْ فَتَنَّا سُلَيْمَانَ وَأَلْقَيْنَا عَلَىٰ كُرْسِيِّهِ جَسَدًا ثُمَّ أَنَابَ34

34. Biz Süleymanı sınağa çə­kib tax­tı­nın üstünə cansız bir cə­səd at­dıq. Sonra o tövbə edib qayıtdı.
38:35Cüz 23 · s. 455

قَالَ رَبِّ اغْفِرْ لِي وَهَبْ لِي مُلْكًا لَا يَنْبَغِي لِأَحَدٍ مِنْ بَعْدِي ۖ إِنَّكَ أَنْتَ الْوَهَّابُ35

35. O dedi: “Ey Rəbbim! Mə­ni ba­ğış­la və mənə elə bir səl­tə­nət ver ki, mən­dən sonra heç kimə nəsib olmasın. Hə­qi­qə­tən, Sən Bəx­şe­dən­sən.
38:36Cüz 23 · s. 455

فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاءً حَيْثُ أَصَابَ36

36. Biz də, onun əmri ilə is­tədiyi ye­rə sakitcə əsən küləyi ona ram etdik.
38:37Cüz 23 · s. 455

وَالشَّيَاطِينَ كُلَّ بَنَّاءٍ وَغَوَّاصٍ37

37. Həmçinin şeytanlardan olan müx­təlif nəqşlər vuran bən­na­la­rı, dalğıcları
38:38Cüz 23 · s. 455

وَآخَرِينَ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ38

38. və başqalarını da zən­cir­lənmiş hal­da ona tabe etdik
38:39Cüz 23 · s. 455

هَٰذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ39

39. və buyurduq: “Bu Bizim hədiy­yə­mizdir! Bunlardan istə­diyinə ver­sən də, verməsən də səndən haqq-hesab tələb olun­ma­ya­caq­dır”.
38:40Cüz 23 · s. 455

وَإِنَّ لَهُ عِنْدَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ40

40. Həqiqətən, o Bizə yaxın olan­lar­dandır və onun üçün gö­zəl qa­yıdış yeri hazırlanmışdır.
38:41Cüz 23 · s. 455

وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ41

41. Qulumuz Əyyubu da ya­da sal! Bir zaman o öz Rəbbinə yal­va­rıb demişdi: “Şeytan mə­nə bəla və əzab toxun­dur­muş­dur!”
38:42Cüz 23 · s. 455

ارْكُضْ بِرِجْلِكَ ۖ هَٰذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ42

42. Biz ona dedik: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!”
38:43Cüz 23 · s. 456

وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنَّا وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ43

43. Bizdən bir mərhəmət və ağıl sa­hiblərinə bir ibrət olsun de­yə, ona həm ailə­sini qaytardıq, həm də onlarla yanaşı bir mislini bəxş et­dik.
38:44Cüz 23 · s. 456

وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِبْ بِهِ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَاهُ صَابِرًا ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ44

44. Biz ona dedik: “Əlinə bir dəstə çu­buq götür və onunla ar­va­dını vur. An­dı­nı pozma”. Hə­qiqətən, Biz onu səbir edən gör­dük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.
38:45Cüz 23 · s. 456

وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ45

45. Qüdrət və bəsirət sahibi olan qul­larımız İbrahimi, İs­ha­qı və Yə­qubu da yada sal!
38:46Cüz 23 · s. 456

إِنَّا أَخْلَصْنَاهُمْ بِخَالِصَةٍ ذِكْرَى الدَّارِ46

46. Biz onları Axirət yur­du­nu sadiq ürəklə andıqlarına gö­rə seç­dik.
38:47Cüz 23 · s. 456

وَإِنَّهُمْ عِنْدَنَا لَمِنَ الْمُصْطَفَيْنَ الْأَخْيَارِ47

47. Həqiqətən, onlar Bizim yanı­mız­da seçilmiş ən yaxşı kim­sə­lər­dən­dirlər.
38:48Cüz 23 · s. 456

وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الْكِفْلِ ۖ وَكُلٌّ مِنَ الْأَخْيَارِ48

48. İsmaili, əl-Yəsə'i və Zülkifli də yada sal! Onların ha­mısı ən yax­şı kim­sələrdəndir.
38:49Cüz 23 · s. 456

هَٰذَا ذِكْرٌ ۚ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ49

49. Bu, bir xatırlatmadır. Allah­dan qorxanları gözəl bir qa­yı­dış ye­ri göz­lə­yir –
38:50Cüz 23 · s. 456

جَنَّاتِ عَدْنٍ مُفَتَّحَةً لَهُمُ الْأَبْوَابُ50

50. qapıları onlar üçün açıl­mış Ədn cən­nətləri.
38:51Cüz 23 · s. 456

مُتَّكِئِينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَاكِهَةٍ كَثِيرَةٍ وَشَرَابٍ51

51. Onlar orada taxtlara dir­səklənib çoxlu-çoxlu meyvələr və cən­nətə məxsus içkilər istə­yə­cəklər.
38:52Cüz 23 · s. 456

۞ وَعِنْدَهُمْ قَاصِرَاتُ الطَّرْفِ أَتْرَابٌ52

52. Onların yanında gözlə­ri­ni ərin­dən çəkməyən həmya­şıd­ları ola­caq­.
38:53Cüz 23 · s. 456

هَٰذَا مَا تُوعَدُونَ لِيَوْمِ الْحِسَابِ53

53. Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır.
38:54Cüz 23 · s. 456

إِنَّ هَٰذَا لَرِزْقُنَا مَا لَهُ مِنْ نَفَادٍ54

54. Bəli, bu Bizim verdiyi­miz ne­mətdir. O, tükənməzdir.
38:55Cüz 23 · s. 456

هَٰذَا ۚ وَإِنَّ لِلطَّاغِينَ لَشَرَّ مَآبٍ55

55. Bax belə! Şübhəsiz ki, az­ğınları da çox pis qayıdış yeri göz­lə­yir –
38:56Cüz 23 · s. 456

جَهَنَّمَ يَصْلَوْنَهَا فَبِئْسَ الْمِهَادُ56

56. içində yanacaqları Cə­hən­nəm. Ora nə pis yataqdır!
38:57Cüz 23 · s. 456

هَٰذَا فَلْيَذُوقُوهُ حَمِيمٌ وَغَسَّاقٌ57

57. Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!
38:58Cüz 23 · s. 456

وَآخَرُ مِنْ شَكْلِهِ أَزْوَاجٌ58

58. Kafirlər üçün əzabın buna bənzər başqa növləri də vardır.
38:59Cüz 23 · s. 456

هَٰذَا فَوْجٌ مُقْتَحِمٌ مَعَكُمْ ۖ لَا مَرْحَبًا بِهِمْ ۚ إِنَّهُمْ صَالُو النَّارِ59

59. Kafirlərin başçılarına de­yi­ləcək: “Bu, sizinlə birlikdə Cə­hən­nə­mə gi­rən dəstə­dir. Baş­çılar de­yəcəklər: “Onlara salam olma­sın! Şübhəsiz ki, onlar odda yana­caqlar”.
38:60Cüz 23 · s. 456

قَالُوا بَلْ أَنْتُمْ لَا مَرْحَبًا بِكُمْ ۖ أَنْتُمْ قَدَّمْتُمُوهُ لَنَا ۖ فَبِئْسَ الْقَرَارُ60

60. Tabe olanlar deyəcəklər: “Xeyr, si­zin özünüzə salam ol­ma­sın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qə­rar tutulan yer­dir!”
38:61Cüz 23 · s. 456

قَالُوا رَبَّنَا مَنْ قَدَّمَ لَنَا هَٰذَا فَزِدْهُ عَذَابًا ضِعْفًا فِي النَّارِ61

61. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təq­dim edib­sə, onun əzabını odda ikiqat elə!”
38:62Cüz 23 · s. 457

وَقَالُوا مَا لَنَا لَا نَرَىٰ رِجَالًا كُنَّا نَعُدُّهُمْ مِنَ الْأَشْرَارِ62

62. Günahkarlar deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən pis adam­lar saydı­ğımız kişiləri burada görmürük?
38:63Cüz 23 · s. 457

أَتَّخَذْنَاهُمْ سِخْرِيًّا أَمْ زَاغَتْ عَنْهُمُ الْأَبْصَارُ63

63. Biz onları haqsızcası­na məsxə­rə­yə qoyurduq? Yoxsa, onlar gö­zə dəy­mirlər?”
38:64Cüz 23 · s. 457

إِنَّ ذَٰلِكَ لَحَقٌّ تَخَاصُمُ أَهْلِ النَّارِ64

64. Şübhəsiz ki, bu – od sa­kinlərinin bir-biri ilə höcətləş­məsi bir hə­qiqətdir.
38:65Cüz 23 · s. 457

قُلْ إِنَّمَا أَنَا مُنْذِرٌ ۖ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ65

65. De: “Mən yalnız xəbər­dar edə­nəm. Tək olan, hər şeyə Qalib gə­lən Allahdan başqa iba­də­tə layiq olan məbud yoxdur”.
38:66Cüz 23 · s. 457

رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الْعَزِيزُ الْغَفَّارُ66

66. O, göylərin, yerin və on­ların ara­sında olanların Rəb­bi­dir. O, Qüd­rət­li­dir, Bağışla­yan­dır.
38:67Cüz 23 · s. 457

قُلْ هُوَ نَبَأٌ عَظِيمٌ67

67. De: “O, böyük xəbərdir.
38:68Cüz 23 · s. 457

أَنْتُمْ عَنْهُ مُعْرِضُونَ68

68. Siz isə ondan üz döndə­rirsiniz.
38:69Cüz 23 · s. 457

مَا كَانَ لِيَ مِنْ عِلْمٍ بِالْمَلَإِ الْأَعْلَىٰ إِذْ يَخْتَصِمُونَ69

69. Ali toplum mübahisə edərkən mənim onlardan heç bir xə­bə­rim yox idi.
38:70Cüz 23 · s. 457

إِنْ يُوحَىٰ إِلَيَّ إِلَّا أَنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ70

70. Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur”.
38:71Cüz 23 · s. 457

إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ طِينٍ71

71. Bir zaman sənin Rəbbin mələk­lə­rə belə demişdi: “Mən pal­çıq­dan bir in­san yarada­ca­ğam.
38:72Cüz 23 · s. 457

فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ72

72. Mən ona surət verib Öz ruhum­dan üfürdüyüm zaman ona səc­də edin!”
38:73Cüz 23 · s. 457

فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ73

73. Mələklərin hamısı bir­lik­də səcdə etdi,
38:74Cüz 23 · s. 457

إِلَّا إِبْلِيسَ اسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ74

74. yalnız İblisdən başqa! O təkəb­bür göstərdi və kafirlər­dən ol­du.
38:75Cüz 23 · s. 457

قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنْتَ مِنَ الْعَالِينَ75

75. Allah dedi: “Ey İblis! Sə­nə Mə­nim iki əlimlə yaratdı­ğı­ma səc­də etməyə ma­ne olan nədir? Təkəbbür göstərdin, yoxsa özünü yük­sək tutdun?”
38:76Cüz 23 · s. 457

قَالَ أَنَا خَيْرٌ مِنْهُ ۖ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ76

76. İblis dedi: “Mən ondan daha xe­yirliyəm. Çünki Sən məni od­dan, onu isə palçıqdan yaratdın!”
38:77Cüz 23 · s. 457

قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ77

77. Allah dedi: “Çıx oradan! Sən artıq rəh­mətimdən qo­vul­muş­san!
38:78Cüz 23 · s. 457

وَإِنَّ عَلَيْكَ لَعْنَتِي إِلَىٰ يَوْمِ الدِّينِ78

78. Haqq-hesab gününə qə­dər lənə­tim sənin üzərində ola­caq­dır!”
38:79Cüz 23 · s. 457

قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ79

79. İblis dedi: “Ey Rəbbim! Onlar di­rildiləcəkləri günə qə­dər mə­nə möhlət ver”.
38:80Cüz 23 · s. 457

قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ80

80. Allah dedi: “Sən möhlət verilən­lərdənsən –
38:81Cüz 23 · s. 457

إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ81

81. vaxtı məlum olan günə qədər!”
38:82Cüz 23 · s. 457

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ82

82. İblis dedi: “Sənin qüd­rə­tinə and olsun ki, onların ha­mı­sını yol­dan çı­xa­racağam;
38:83Cüz 23 · s. 457

إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ83

83. Təkcə Sənin seçilmiş ix­laslı qul­larından başqa!”
38:84Cüz 23 · s. 458

قَالَ فَالْحَقُّ وَالْحَقَّ أَقُولُ84

84. Allah dedi: “Budur haqq! Mən yal­nız haqqı deyirəm!
38:85Cüz 23 · s. 458

لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنْكَ وَمِمَّنْ تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ85

85. Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dol­­dura­ca­ğam!”
38:86Cüz 23 · s. 458

قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَا أَنَا مِنَ الْمُتَكَلِّفِينَ86

86. De: “Mən buna görə siz­dən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uy­durmağa çalışmıram.
38:87Cüz 23 · s. 458

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ87

87. Bu Quran aləmlərə an­caq xatır­latmadır.
38:88Cüz 23 · s. 458

وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ88

88. Siz onun verdiyi xəbəri bir müddətdən sonra mütləq bilə­cək­si­niz!”

Surənin əvvəlindən oxut

Abdullah Basfar - Sad · Tlawati