Surə 38 · Cüz 23
Sad · 38:23
إِنَّ هَٰذَا أَخِي لَهُ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِيَ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِي فِي الْخِطَابِ
23. Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum var. Bununla belə: “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”.
Təfsir
Höcətləşən o iki nəfərdən biri Davuda (aleyhissəlam) dedi: "Bu kişi mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum var. Məndən o qoyunu ona verməyi tələb etdi və mübahisədə mənə qalib gəldi.”