Surə 38 · Cüz 23
Sad · 38:24
قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِ ۖ وَإِنَّ كَثِيرًا مِنَ الْخُلَطَاءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَقَلِيلٌ مَا هُمْ ۗ وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا وَأَنَابَ ۩
24. Davud dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” Bunları dedikdən sonra, Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.
Təfsir
Davud onların arasında hökm verib şikayət edən kimsəyə dedi: “Qardaşın sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə zülm etmişdir. Həqiqətən, şəriklərin bir qismi digərlərin haqqını yeyib insafsızlıq etməklə bir-birinin haqqını tapdalayır. Yalnız yaxşı işlər görən möminlərdən başqa. Onlar öz şəriklərinin haqqını layiqincə ödəyir və onlara zülm etmirlər. Belələri isə çox azdır.” Bunları dedikdən sonra Davud (aleyhissəlam) yəqin etdi ki, Biz bu mübahisə sayəsində onu sınağa çəkirik. Odur ki, dərhal Rəbbindən bağışlanma dilədi və səcdəyə qapanıb Ona tövbə etdi.