Surə 38 · Cüz 23
Sad · 38:22
إِذْ دَخَلُوا عَلَىٰ دَاوُودَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍ فَاحْكُمْ بَيْنَنَا بِالْحَقِّ وَلَا تُشْطِطْ وَاهْدِنَا إِلَىٰ سَوَاءِ الصِّرَاطِ
22. Onlar Davudun yanına daxil olduqda Davud onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!
Təfsir
Onlar Davudun yanına qəfil daxil olduqda, Davud onların belə qeyri-adi yolla içəri daxil olmasından əndişəyə düşdü. Onlar onun əndişəyə düşdüyünü gördükdə dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinə zülm etmişdir. Bizim aramızda ədalətlə hökm ver, aramızda hökm verdikdə haqqımızı tapdalama və bizə düz yolu - haqq yolu göstər!