Surə 38 · Cüz 23
Sad · 38:14
إِنْ كُلٌّ إِلَّا كَذَّبَ الرُّسُلَ فَحَقَّ عِقَابِ
14. Hər biri elçiləri yalançı hesab etdi və Mənim cəzam da gerçəkləşdi.
Təfsir
Bu dəstələrdən hər biri elçiləri yalançı saymış, bu səbəbdən də, Allahın əzabı onları yaxalamış və Onun verdiyi cəza, bir müddət sonra olsa belə, gerçəkləşmişdir.