Surə 38 · Cüz 23

Sad · 38:43

وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنَّا وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ

43. Bizdən bir mərhəmət və ağıl sa­hiblərinə bir ibrət olsun de­yə, ona həm ailə­sini qaytardıq, həm də onlarla yanaşı bir mislini bəxş et­dik.

Təfsir

Biz onun duasını qəbul etdik, onun başına gəlmiş müsibəti ondan uzaqlaşdırdıq və ona həm övladlarını qaytardıq, həm də onlar qədər oğullar və nəvələr bəxş etdik ki, bu, Bizim tərəfimizdən onun üçün bir mərhəmət və səbir etdiyinə görə bir mükafat olsun, üstəlik, sağlam ağıl sa­hibləri də düşünsünlər ki, səbrin axırı sevinc və mükafatdır.

Oxuyucuda aç - Surəni tam oxu