Surə 38 · Cüz 23
Sad · 38:44
وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِبْ بِهِ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَاهُ صَابِرًا ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ
44. Biz ona dedik: “Əlinə bir dəstə çubuq götür və onunla arvadını vur. Andını pozma”. Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.
Təfsir
Əyyub zövcəsinə qəzəbləndikdə və ona yüz çubuq vuracağına and içdikdə, Biz ona dedik: “Ey Əyyub, andını yerini yetirmək üçün əlinə bir bağlama çubuq götür onu bir kərə vur və andını pozma.” Əyyub əlinə bir bağlama çubuq götürüb onu vurdu. Həqiqətən, Biz onun, Bizim ona göndərdiyimiz imtahana səbir etdiyini gördük. O, daim Allaha töbvə edər və Ona üz tutardı.