Surə 38 · Cüz 23

Sad · 38:42

ارْكُضْ بِرِجْلِكَ ۖ هَٰذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ

42. Biz ona dedik: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!”

Təfsir

Biz ona dedik: “Ayağını yerə vur!" O, ayağını yerə vurduqda, oradan onun üçün su çıxdı ki, o bu sudan içsin və onunla yuyunsun, beləliklə də, ona zərər və əziyyət verən şeylər ondan uzaq olsun.

Oxuyucuda aç - Surəni tam oxu