Surə 38 · Cüz 23
Sad · 38:9
أَمْ عِنْدَهُمْ خَزَائِنُ رَحْمَةِ رَبِّكَ الْعَزِيزِ الْوَهَّابِ
9. Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır?
Təfsir
Yoxsa sənin hər kəsə qalib gələ biləcək Qüdrətli və istədiyi kimsəyə istədiyini Bəxşedən Rəbbinin lütf xəzinələri haqqı yalan sayan o müşriklərin əlindədir?! Onun lütf xəzinələrindən biri də peyğəmbərlikdir və O, bunu istədiyinə verir. Bu nemət onlara məxsus deyil ki, onu istədiklərini verə bilsinlər, istədiklərini də ondan məhrum etsinlər.