Surə 38 · Cüz 23
Sad · 38:10
أَمْ لَهُمْ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ
10. Ya da, göylərin, yerin və onların arasında olanların üzərində hakimiyyət onlaramı verilmişdir? Qoy onda istənilən yolla göyə qalxsınlar.
Təfsir
Yaxud göylərin, yerin və onların arasında olanların ixtiyarı onların əlindədir və onlar dilədiyinə ondan verir, dilədiyini də ondan məhrum edirlər?! Əgər onların iddia etdiyi kimidirsə, qoy onda göyə qalxmaq üçün yollar axtarsınlar ki, istədikləri hökmü - vermək və ya məhrum etmək ixtiyarına yiyələnsinlər. Onlar heç vaxt buna nail ola bilməzlər.