Surə 38 · Cüz 23
Sad · 38:76
قَالَ أَنَا خَيْرٌ مِنْهُ ۖ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ
76. İblis dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!”
Təfsir
İblis dedi: “Mən Adəmdən daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”. Bu İblisin, odun palçıqdan daha üstün ünsür olduğunu iddia etməsinə görə idi.