Surə 38 · Cüz 23
Sad · 38:18
إِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْإِشْرَاقِ
18. Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər.
Təfsir
Biz dağları ona ram etmişdik ki, gündüzün axırında və bir də əvvəlində - işraq vaxtı onunla birlikdə Allahın şəninə təriflər desinlər.