Surə 38 · Cüz 23

Sad · 38:17

اصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الْأَيْدِ ۖ إِنَّهُ أَوَّابٌ

17. Onların dediklərinə sə­bir et və qüdrətli qulumuz Davu­du ya­dına sal! O, daim Allaha üz tutardı.

Təfsir

Ey Peyğəmbər, bu yalan sayan kimsələrin sənə xoş gəlməyən sözlər söyləmələrinə sə­bir et. Düşmənləri ilə mübarizə aparan və Allaha itaət etməkdə səbirli olan qüvvətli qulumuz Davu­du ya­dına sal! Həqiqətən, o, daim Allaha üz tutub tövbə edər və Onun razı qalacağı işləri görərdi.

Oxuyucuda aç - Surəni tam oxu