Surə 38 · Cüz 23
Sad · 38:59
هَٰذَا فَوْجٌ مُقْتَحِمٌ مَعَكُمْ ۖ لَا مَرْحَبًا بِهِمْ ۚ إِنَّهُمْ صَالُو النَّارِ
59. Kafirlərin başçılarına deyiləcək: “Bu, sizinlə birlikdə Cəhənnəmə girən dəstədir. Başçılar deyəcəklər: “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”.
Təfsir
Cəhənnəm əhli atəşə düçar olduqdan sonra onlar öz aralarında höcətləşib bir-birilərini söyəcək və bir-birilərindən uzaq olduqlarını deyəcəklər. Onlardan bəzisi deyəcək: “Bu, sizinlə birlikdə Cəhənnəmə girən dəstədir." O biriləri də onlara belə cavab verəcəklər: “Onlara salam olmasın! Şübhəsiz ki, biz odda əzab çəkdiyimiz kimi, onlar da odda əzab çəkəcəklər”.